Alpaqutçularımız yarışda uğurlu çıxış edib

15-16 iyun tarixlərində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş Alpaqut Döyüş Sənət üzrə uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında Sabunçu Rayon açıq birinciliyi keçirilib. Yarışda “Zirvə” İnternational Sport Clubs-ın üzvləri də çıxış ediblər.

Məşqçi Mehman Nəbiyevin rəhbərliyi altında 24 kq çəki dərəcəsində Yəhya Nəbiyev qızıl, 34 kq çəki dərəcəsində Əlixan İsmayılov gümüş, 25 kq çəki dərəcəsində Adil Qədirov və Dilxan Kazımlı, 34 kq çəki dərəcəsində Pirəliyev Nihad, 39 kq çəki dərəcəsində Rəsul Quliyev bürünc medal qazanbılar.

Təbrik edirik!

SHARE
Şərh yaz