Anastasiya İbrahimli Avropanın ən güclüsü oldu!

i0

Litvanın Klaypeda şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında növbəti yarış günü arxada qalıb. 40-a yaxın ölkədən 341 atletin (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulduğu turnirdə “Zirvə” atletləri də var. Onlardan biri – Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində çıxış edib. O, yaşı 23-ə qədər olan idmnaçıların sırasında olub.
“Abşeron-Zirvə” atleti birdən qaldırma hərəkətində üç yanaşmasından birini uğurla yerinə yetirib. Ancaq bu ona bu hərəkətdə gümüş medalı qazanmaq üçün yetərli olub. Tanınmış mütəxəssis Hafiz Süleymanovun yetirməsi olan İbrahimli, 99 kq-ı ram edərək ikinci olub.
Təkanla qaldırma hərəkətində Anastasiya daha yaxşı çıxış etdi. İbrahimli son yanaşmasında 127 kq-lıq ştanqı başı üzərinə qaldırmağı bacardı. O, ən yaxın izləyicisi, ukraynalı Mariya Xlyanı 2 kq üstələyərək bu hərəkətdə qızıl medala sahib çıxdı.
Beləliklə, Anastasiya İbrahimli toplam 226 kq (99+127) nəticə ilə Avropa çempionatının yekun sıralamasında qızıl medal qazandı.
“Zirvə” Beynəlxalq İdman Klubu və bütün idmansevərlər adından Anastasiya və onun məşqçisi Hafiz müəllimi təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq. Daima zirvədə qalasınız!
Bu gözəl qələbəyə görə minnətdarıq!

i himn

SHARE
Şərh yaz