Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günü arxada qalıb. Azərbaycan milli komandası və “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir üzvü körpücük üzərinə qalxıb. Qadınlar arasında 69 kq çəki dərəcəsində B qrupunda Anastasiya İbrahimli mübarizə aparıb.
“Xırdalan-Zirvə” atleti 230 kq (100+130) nəticə göstərib. Bununla o, B qrupunda 3-cü yeri tutub. Nastyanın yekun sıralamada neçənci yeri tutacağı A qrupunda yarışın başa çatmasından sonra məlum olacaq.