Anastasiya İbrahimli fəxri kürsünün ən yüksək pilləsində!

anastasiya

“Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında keçirilən “9-cu Zirvə Kuboku”nda qadınların mübarizəsi başa çatıb. Son olaraq yaşı 18-dən yuxarı olan atletlər körpücük üzərinə çıxıb. Yetərincə təcrübəli idmançıların rəqabətini izləmək xoş idi.
Bu qrupda gözlənildiyi kimi favoritlər hamını üstələdi. “Abşeron-Zirvə” təmsilçisi, tanınmış mütəxəssis Hafiz Süleymanovun tələbəsi olan İbrahimli Anastasiya İbrahimli 230 kq (105+125) toplam nəticə və 285.23 xalla aşkar fərqlə qalib gəldi.


İkinci pillədə “Jidaçiv-Zirvə”dən Anastasiya Qotfrid qərarlaşdı. O, toplam 225 kq (110+115) nəticə və 243.83 xalla gümüş medala sahib çıxıb. Bürünc medal “Xırdalan-Zirvə” atleti Əhmədova Ləmana qismət olub. O, toplam 158 kq (73+85) çəkinin öhdəsindən gəlib və Sinkleyr cədvəli ilə 229.60 xal toplayıb.

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. İbrahimli Anastasiya 1993 Xırdalan Azərbaycan 70.40 105 125 230 285.23
2. Qotfrid Anastasiya 1996 Jidaçiv Ukrayna 94.00 110 115 225 243.83
3. Əhmədova Ləman 1995 Xırdalan Azərbaycan 55.60 73 85 158 229.60
4. Buya Mihaela 1994 Kişinyov Moldova 59.00 60 77 137 190.50
5. Buyaç İrina 1995 Kişinyov Moldova 59.00 56 66 122 169.60
6. Moşe Şahar 1996 Beer-Şeva İsrail 79.10 64 75 139 162.00
7. Mariella Kostova 1990 Smolyan Bolqarıstan 56.00 50 75 125 159.00
8. Məmmədova Xumar 1997 Goranboy Azərbaycan 85.40 65 75 140 157.50
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz