2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. 69 kq çəki dərəcəsində Anastasiya İbrahimli mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırma hərəkətində 118 kq-ı ram edib. “Xırdalan-Zirvə” təmsilçisi hər iki hərəkətdə 2-ci yeri tutub.
Anastasiya toplam 208 kq (90+118) nəticə göstərərək yekun sıralamada gümüş medala sahib çıxıb. Fəxri kürsünün ikinci pilləsində yer alan İbrahimli, millimizin bayrağını qaldırıb.
Nastya, onun məşqçiləri, bu uğurda əməyi olan hər kəsi təbrik edir, gələcək yarışlarda da bizi qələbə ilə sevindirməyi arzulayırıq!