Anastasiya qalib, Zeyneplə Elnarə medalçı oldular

Sentyabrın 10-da Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksində keçirilən 10-cu “Zirvə Kuboku” başa çatıb. Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatılması ilə beynəlxalq səviyyədə təşkil olunan yarışda klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparıblar.
Kubok 2 yaş qrupunda keçirilib: qadınlar və kişilər. Kişilərin yarışı barədə məlumat vermişdik.
Qadınlarda qızıl medalçı adına gözlənildiyi kimi Anastasiya Qotfrid sahib çıxıb. “Tbilisi-Zirvə” klubunu təmsil edən ukraynaəsilli atlet toplam 270 kq (125+145) nəticə ilə 293.86 Sinkleyr xalı qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə çıxmağı bacarıb.
Gümüş medal “Ankara-Zirvə”çi Zeynep Atakana qismət olub. O, toplam 190 kq (83+107) nəticə 240.19 xalla ikinci yeri tutub.
Bürünc medala isə Azərbaycan atleti “Qazax-Zirvə” təmsilçisi Elnarə Abbasova layiq görülüb. Bakıda keçirilən IV İslam Oyunlarının bürünc mükafatçısı klubumuzun yarışında toplam 173 kq (76+97) nəticə və 228.96 xalla 3-cü yerdə qərarlaşıb.
Qalib və mükafatçıları təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.

N Name Born Nat BW Sn CJ Total Sinc
1. Gotfrid Anastasiya 1996 GEO 93.30 125 145 270 293.86
2. Zeynep Atakan 1998 TUR 67.00 83 107 190 240.19
3. Abbasova Elnarə 1997 AZE 62.00 76 97 173 228.96
4. Maharramova Marziyya 1996 AZE 48.60 61 83 144 226.03
5. Eliza Vcislak 1997 POL 75.70 83 96 179 212.28
6. Rzazadə Lalə 2001 AZE 54.10 61 76 137 198.49
7. Lyubov Shelelyo 1997 UKR 68.35 71 87 158 197.60
8. Tatiana Ciobanu 2001 MDA 59.20 57 75 132 179.89
9. Tazeddinova Aliya 1987 RUS 59.10 55 70 125 170.38
10. Butnari Concordia 2000 MDA 55.80 50 63 113 160.21

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz