Anastasiya Qotfrid 3 qızıl medalla Avropanın zirvəsində!

nastya2İsrailin Eylat şəhərində yenidən “Jidaçiv-Zirvə”nin atletlərinin yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında gözəl çıxışı davam edir. Bu gün onlardan daha biri – Anastasiya Qotfrid yaşı 20-yə qədər olan qadınlar arasında +75 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Gürcüstan millisini təmsil edən Qotfrid birdən-birə üç qızıl medal qazanaraq klubumuzun adını yenidən “Zirvə”yə qaldırıb. Anastasiya birdən qaldırma hərəkətində 118 kq, təkanla qaldırma hərəkətində 133 kq-ı ram edib. Qadın atlet bu hərəkətlərin hər birində Avropanın ən güclüsü adını qazanıb.

Toplam 251 kq (118+133) nəticə göstərən Anastasiya Qotfrid ümumi sıralamada da Avropa çempionu adına layiq görülüb.

Bu gözəl çıxış münasibətilə Nastyanı təbrik edir, ona, məşqçilərinə, qələbədə əməyi olan hər kəsə təşəkkür edir, gələcəkdəki bütün yarışlarda uğurlar arzulayırıq!

SHARE
Şərh yaz