Anastasiya Qotfrid B qrupunda mübarizə apardı

aqRio-De-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında ağır atletika yarışları sona doğru yaxınlaşmaqdadır. Bu gün “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir nümayəndəsi – Anastasiya Qotfrid körpücük üzərinə çıxıb. O, +75 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. Qotfrid gürcüstan yığmasının şərəfini qoruyur.
“Jidaçiv-Zirvə” təmsilçisi olan Nastya, birdən qaldırma hərəkətində 113 kq, təkanla qaldırmada isə 135 kq-ı ram edib. Toplam 248 kq (113+135) nəticə göstərən Qotfrid B qrupunda 4-cü yeri tutub. Onun yekun sıralamadakı yeri A qrupundakı çıxışlar bitəndən sonra məlum olacaq.

aq1

SHARE
Şərh yaz