Anastasiya Qotfrid DÇ-nin gümüş medalına sahib çıxdı!

nastya2Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı başa çatıb. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda klubumuzun üzvlərindən son olaraq daha iki qadın atlet çıxış edib.
Hər iki idmançımız +75 kq çəki dərəcəsində mübarizə aparıb. “Jidaçiv-Zirvə” atletlərimizdən biri – Yelizaveta Baranova Ukraynanı, Anastasiya Qotfrid isə Gürcüstanı təmsil edib.
Baranova birdən qaldırmada 96 kq, təkanla qaldırmada isə 121 kq-ı ram edib. Toplam 217 kq (96+121) nəticə göstərən Yelizaveta ümumi sıralamada 6-cı yeri tutub.
Qotfrid isə daha yüksək pillədə qərarlaşıb. İdmançımız birdən qaldırma hərəkətində 116 kq-lıq ştanqı başı üzərinə qaldırıb və bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırmada isə əsas rəqibi – tailandlı Çaydee Duanqaksorn Anastasiyanı xeyli qabaqlayıb. Atletimiz bu hərəkətdə 140 kq-ı qaldıra bilib və 2-ci olub. Toplamda 256 kq (116+140) nəticə götərən Qotfrid ümumi sıralamada da ikinci olub və dünya çempionatının gümüş medalına sahib çıxıb.
İdmançımızı təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq!

nastya 1nastya 3nastya 4nastya 5nastya 6

SHARE
Şərh yaz