“Ankara-Zirvə” atletlərindən növbəti böyük uğur!

an225-27 avqust tarixlərində Konya şəhərində böyüklər arasında şəxsi Türkiyə çempionatı keçirilib. “Yüzüncü Yıl Spor Salonu”nda keçirilən yarışda 43 qadın, 80 kişi idmançı medallar uğrunda mübarizə aparıb. İştirakçılar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də olub. “Tuzgölü-Zirvə” atletləri layiqli yarışaraq fəxri kürsüdə yer alıblar.
Təcrübəli mütəxəssis Yasin Arslanın rəhbərliyi altında çıxış edən qızlar 3 qızıl və bir bürünc medal qazanıblar.
58 kq çəki dərəcəsində çıxış edən Elif Ünal toplam 166 kq (75+91) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
63 kq çəki dərəcəsində çıxış edən Mehtap Kurnaz 174 kq (78+96) nəticə ilə qızıl medala sahib çıxıb. Eyni çəkidə yarışan Büşranur Dalmızrak 158 kq (73+85) nəticə ilə bürünc medal qazanıb.
69 kq çəki dərəcəsində çıxış edən Zeynep Atakan toplam 177 kq (77+100) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançılarımız və məşqçilər heyətimizi təbrik edir, növbəti yarışlarda da qələbələr qazanmalarını arzulayırıq!

an1an3an4

SHARE
Şərh yaz