19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də var. Onlardan ikisi – “Ankara-Zirvə” təmsilçiləri Gizem Nur Demir və Qamze Yayla mübarizəyə qoşulub.
48 kq çəki dərəcəsində yarışan Gizem Nur Demir birdən qaldırma hərəkətində 63 kq, təkanla qaldırmada isə 80 kq-ı qaldırıb. Toplam 143 kq (63+80) nəticə göstərən “Ankara-Zirvə” təmsilçisi yekun sıralamada 10-cu yeri tutub.
53 kq çəki dərəcəsində yarışan Qamze Yayla birdən qaldırma hərəkətində 72 kq, təkanla qaldırmada isə 80 kq-ı ram edib. Toplam 152 kq (72+80) nəticə göstərən “Ankara-Zirvə” təmsilçisi yekun sıralamada 12-ci yeri tutub.