“Ankara-Zirvə” təmsilçisi iki dünya rekordu yenilədi!

heinseimAlmaniyanın Haynşaym şəhərində Usta Ağır Atletlər arasında dünya çempionatı keçirilir. 1-8 oktyabr tarixlərində davam edəcək yarışda yüzə yaxın ölkədən 900-dən çox atlet mübaizə aparır. İştirakçılar arasında “Ankara-Tuzgölü-Zirvə” təmsilçisi Salih Suvar da var. O, dünən körpücük üzərinə çıxaraq uğur qazanıb.
M-65 yaş qrupunda 85 kq çəki dərəcəsində yarışan Salih Suvar, birdən qaldırma da 92kq, təkanla qaldırmada isə 119 kq-ı ram edib. Toplam 211 kq (92+119) nəticə ilə veteran atletimiz dünya çempionatının qalibi adını qazanıb.
Üstəlik, Suvar öz çəkisində həm təkanla qaldırma, həm də toplamda iki dünya rekordunu yeniləyib.
Təbrik edir, ona gələcək yarışlarda da uğurlar arzulayırıq!
Başarılar, Salih Suvar!

salih-suvar

SHARE
Şərh yaz