İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən böyüklər arasında Avropa çempionatı davam edir. “Kişinyov-Zirvə” İdman Klubunun nümayəndələrindən Artyom Pipa da dünən mübarizəyə qoşulub. O, 77 kq çəki dərəcəsində mübarizə aparıb.
Pipa birdən qaldırmada 151 kq, təkanla qaldırmada 182 kq nəticə göstərib. Artyom toplamda 333 kq ilə 5-ci yeri tutub.