Astarada da uşaqlar üçün top atışı və uzununa tullanma yarışları keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci interaktiv Zirvə Beynəlxalq Uşaq Oyunlarının Astara mərhələsi də başa çatıb. Yarışlar uşaqlar üçün əsl idman bayramına çevrilib.

Dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların təmassız şəkildə keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil ediləcəkdir. Durumu nəzərə alaraq uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçiriləcək. Top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atacaq və bu bizim COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olacaq!

#evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, gərəkdiyi halda, avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcəkdir. Qalib və medalçılara hədiyyələr və mükafatları karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonrasında yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcəkdir.

Yarışların Təşkilat Komitəsinin üzvləri Xırdalanda və Astarada hər gün bir neçə ailənin qonağı olub, bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla yarış təşkil ediblər.

Astarada ümumilikdə 52 yeniyetmə idmançı qüvvəsini sınayıb. Bütün nəticələr aşağıda sizə təqdim edilir:

 

8-Cİ ZİRVƏ BEYNƏLXALQ UŞAQ OYUNLARI.

10-14 MAY. ASTARA

N Adı Yaş Səbətə top atma Uz.tullanma
1. Südabə Əsədova 12 2 0.95
2. Sinan Məcidov 12 7 1.30
3. Vüqar Hacızadə 10 2 0.70
4. Mirməmməd Ağazadə 9 5 0.95
5. Mələk Qurbanlı 6 4 0.70
6. Zərifə Məmmədova 6 4 0.45
7. Vüqar Mirzəzadə 12 4 1.40
8. Yusif Mirzəzadə 9 8 0.75
9. İbrahim Mirzəzadə 11 4 1.35
10. Rafiq Mirzəzadə 9 5 1.10
11. Mirrahil Ağayev 12 8 1.30
12. Sadiq Mirzəyev 6 6 0.80
13. Aylin Həsənli 8 9 0.75
14. Zeynəb Hüseynzadə 11 2 0.50
15. Əlmehti Hüseynzadə 9 9 0.85
16. Yusif Muradlı 10 4 0.90
17. Yusif Kərimli 9 2 0.80
18. İlknur Kərimli 9 3 0.60
19. İbad Əhədli 9 3 0.75
20. Murad Əhədov 12 8 0.90
21. Əkbər Qəniyev 10 2 0.65
22. Aslan Tarverdiyev 10 2 1.00
23. Nihat Abasov 10 3 1.00
24. Nicat Abasov 5 5 0.80
25. Musa Qurbanlı 8 2 0.95
26. Əli Babazadə 9 3 0.90
27. Nailə Cabbarova 12 2 0.95
28. İsmayıl Əsədov 11 6 0.85
29. Aydan Məmmədova 12 7 1.00
30. Nailə Məmmədli 9 3 0.75
31. Əli Rzayev 8 3 0.60
32. Allahverdi Rzayev 12 4 0.95
33. İsrafil Şiriyev 8 2 0.80
34. Məhəmməd Əliyev 9 5 0.95
35. Sadiq Mirzəyev 12 2 0.80
36. Zaman Həsənov 12 9 1.10
37. Xəyalə Həsənova 10 5 0.80
38. Xədicə Həsənova 10 2 1.05
39. Rüqayyə Həsənova 6 0 0.85
40. Rufanə Həsənova 6 1 0.75
41. Kamran Həsənov 12 8 1.10
42. Ayan Səmədzadə 7 3 0.70
43. Elxan Mirzəyev 8 13 0.90
44. Rəsul İskəndərli 6 3 0.90
45. Gülayə Muradlı 7 2 0.90
46. Nurəlizadə Dəniz 6 6 0.65
47. Nurəlizadə Vaqif 7 5 0.70
48. Musayeva Zərifə 10 8 1.10
49. Mirzəyeva Elmira 11 8 0.90
50. Mirzəyev Emil 12 5 0.95
51. Səmədov Nurlan 12 10 1.15
52. Şirinli Vəliş 11 8 1.45

 

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla onlayn (interaktiv) yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.

Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

 

SHARE
Şərh yaz