Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda klubumuzun üzvləri də çıxış edirlər.
Qadınlarda körpücük üzərinə türkiyəli atletlərimiz çıxıblar. “Ankara-Zirvə” təmsilçiləri Büşranur Dalmızrak və Zeynep Atakan medal mübariəsinə qoşulublar.
63 kq çəki dərəcəsinin B qrupuna Büşranur Dalmızrak çıxış edib. O, birdən qaldırmada 81 kq, təkanla qaldırmada isə 98 kq nəticə göstərib. Toplam 179 kq (81+98) ilə Büşranur B qrupunda 3-cü, yekun sıralamada isə 11-ci yeri tutub.
Zeynep Atakan isə 69 kq çəki dərəcəsində yarışıb. O, birdən qaldırma hərəkətində 82 kq-ı ram edib və ilk onluğa düşməyib. Ancaq təmsilçimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Türkiyəli ağır atlet bu hərəkətdə 120 kq-ı başı üzərinə qaldıra bilib. Bu nəticə ilə o, bu hərəkətdə 4-cü yeri tutub. Maraqlıdır ki, 3-cü olan ukraynalı Alyona Şevkoplyas da 120 kq nəticə göstərib. Amma rəqibimizin şəxsi çəkisi daha az olduğundan fəxri kürsüyə o qalxıb. Toplam 202 kq (82+120) ilə Atakan ümumi sıralamada 8-ci yeri tutub.