Atletimiz Avropa çempionatının gümüş medalçısı oldu!

nastya anastasia gotfrid qotfrid“Zirvə” Beynəlxalq İdman Klubunun daha bir üzvü Avropa çempionatında uğur qazanıb. Norveçin Fyorde şəhərində keçirilən qadınlar və kişilər arasında ağır atletika üzrə qitənin ən böyük turnirində “Jidaçiv-Zirvə”ni təmsil edən Anastasiya Qotfrid Gürcüstan yığmasının şərəfini qoruyub. O, +75 kq çəki dərəcəsində mübarizə aparıb.

Anastasiya birdən qaldırma hərəkətində 113 kq, təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib. Qotfrid toplam 249 kq (113+136) nəticə ilə Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Təbrik edir, qarşıdakı yarışlarda da böyük uğurlar qazanmasını arzulayırıq!

SHARE
Şərh yaz