12-13 dekabr tarixlərində Rusiyanın Qroznı şəhərində ağır atletika üzrə 5-ci ənənəvi “Rusiya Federasiyasının Prezidenti Kuboku” keçirilib. Bu nüfuzlu turnirə 14 ölkədən 54 idmançı – 18 qadın və 36 kişi – qatılıb. Yarışın səviyyəsi həqiqətən də yüksək olub. Elə ikiqat Olimpiya çempionu, qazaxıstanlı İlya İlyinin 105 kq çəki dərəcəsində 246 kq-la həm təkanla qaldırma, həm də 437 kq-la (191+246) toplamda dünya rekordunu yeniləməsini qeyd etmək yetərlidir.
Bu turnirdə “Kişinyov-Zirvə” atleti Georgi Çernı da iştirak edib. O, kişilərin 94 kq çəki dərəcəsində mübarizə aparıb. Atlet 330 kq (150+180) nəticə ilə 8-ci yeri tutub.