“Zirvə” Beynəlxalq İdman Klubunun Türkiyədəki mərkəzi bazası olan “Akarsu” İdman Mərkəzində məşqlər davam edir. Bir neçə gün əvvəl başda Bünyami Sudaş olmaqla “Ankara-Zirvə” nümayəndələri Altınpark-dakı bu mərkəzə baş çəkiblər.
640 min kv.m ərazini əhatə edən, 85 faizi yaşıllıq və kiçik göllərdən ibarət olan bu məkanda, idman arenası 2 min kv.m-i əhatə edir. Zalda bir çox idman növləri – cüdo, ağır atletika və s. məşğul olmaq olar.
“Ankara-Zirvə” İK-nın atletləri bəzi yenidənqurma işlərinin də davam etdiyi zala baş çəkərək, həm şəkillər çəkdirib, həm də məşq ediblər. Əlavə edək ki, bu kluba rəhbərliyi tanınmış ağırlıqqaldıranlar – Bunyami Sudaş, Halil Mutlu və Hafiz Süleymanov edirlər.
İdmançıların ziyarətindən olan fotoları sizə təqdim edirik: