İyunun 3-6-da Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışa 1999-2000 və 2001-03-cü illər təvəllüdlü oğlan və qızlar qatılacaqlar. Qızlar 44, 48, 53, 58, 63, 69 və +69 kq, oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində medal mübarizəsi aparacaqlar.
Birincilikdə “Zirvə” Beynəlxalq İdman Klubu həmişə olduğu kimi geniş heyətlə iştirak edəcək. Körpücük üzərinə 9 qız və 116 oğlan atletimiz çıxacaq. Ümilikdə yarışda 150-dən çox idmançının iştirakı gözlənilir.