Avropa çempionatına Rusiya atletləri yaxşı başladılar – NƏTİCƏLƏR+FOTO+VİDEO

Mayın 21-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçiriləcək. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrundan mübarizə aparacaq. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 nəfərlə (3 qadın, 24 kişi) təmsil olunacaq.

Artıq ilk yarış gününə start verilib. Körpücük üzərinə turnirin ən yaşlı atletləri – yaşı 80-dən çox olan olanlar çıxıblar. Tribunalarda yerini alan tamaşaçıların böyük maraqla izlədiyi yarışda 6 çəki dərəcəsində qaliblər müəyyən edilib. 5 çəkidə Rusiya, birində isə İsrail təmsilçisi qızıl medala sahib çıxıb.

62 kq çəki dərəcəsində qalib gələn rusiyalı Vasili Zubovun adı veteran ağır atletlərin “Avropa çempionatlarının şöhrət zalı”na da salınıb. İsrailli Teddi Kaplan öz çəkisi və yaş qrupunda təkanla qaldırmada Avropa və dünya rekordunu yeniləyib.

Nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki dərəcəsi Doğulduğu tarix Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr xalı Manone-Meltzer
1. Yuri Busigin RUS 53.70 56 1934 80-84 35 40 75 121.04 327.06
1. Vasili Zubov RUS 61.05 62 1931 80-84 33 46 79 115.53 364.26
2. Rolf Reyçelt GER 61.25 62 1936 80-84 30 35 65 94.83 237.46
1. Teddi Kaplan İSR 68.35 69 1935 80-84 50 69 119 161.06 418.28
1. Mixail Kazadoyev RUS 70.30 77 1936 80-84 47 50 97 128.96 322.91
2. Feliks Binkovski POL 69.50 77 1936 80-84 40 42 82 109.80 274.95
1. Aleksandr Frolov RUS 78.60 85 1935 80-84 50 70 115 143.17 371.81
1. Lev Nikiforov RUS 142.8 +105 1936 80-84 37 45 82 83.14 208.19

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

 

SHARE
Şərh yaz