Avropa çempionatında biabırçı və məzəli hadisə (FOTO)

images-stories-2013-04-16-kurioz-198.67549668874x200

Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatının təşkilatçılığının aşağı səviyyədə olması gözlənilirdi. Ümumilikdə ölkənin maliyyə böhranı üzündən pis vəziyyətə düşməsi haqda xəbərlər bir-birini tez-tez əvəzləyir. Avropa çempionatında iştirak edən idmançılarımızın sözlərindən də hiss olunur ki, Albaniyada inkişafdan əsər-əlamət yoxdu. Yarışın təşkilatçılığından isə heç danışmağa dəyməz.

Özünüz də televiziyadan izləyəndə gördüz ki, adicə ştanqı hazırlayan assistentlərin üzündən neçə idmançı çətin vəziyyətə düşdü. Dəmirlər yaxşı bərkidilmədiyindən xüsusilə təkanla qaldırmada yarışçılar həm çəki, həm də ştanqla mübarizə aparmağa məcbur idilər.

Daha bir hadisə isə ilk yarış günündə baş verib. Əsl biabırçılıq olub. Belə ki, körpücük üzərinə ilk olaraq çəkisi 48 kq olan qadın idmançılar çıxıblar. Onların qalibləri müəyyənləşib və millimizin üzvü Silviya Angelova 2-ci yeri tutub. İş mükafatlandırmaya gəlib çatanda isə… Fəxri kürsü tapılmayıb! Təsəvvür edirsiz, Avropa çempionatında mükafatlandırma üçün fəxri kürsünü gətirməyi yadda çıxarıblar. Xeyli axtarışdan sonra da problemi həll edə bilməyən təşkilatçılar, çıxış yolunu çəki daşlarında görüblər. Yuxarıdakı şəkildə də görə bilərsiz ki, daşları üst-üstə qoyan təşkilatçılar idmançıları onların üstünə çıxmağa məcbur ediblər.

SHARE
Şərh yaz