İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən böyüklər arasında Avropa çempionatı başa çatdı. Bildiyiniz kimi, “Kişinyov-Zirvə” İdman Klubunun nümayəndələri də bu yarışda iştirak edirdilər. Dünən – klubun son təmsilçisi Andrian Zbirnea 105 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
O, birdən qaldırmada 175 kq, təkanla qaldırma da isə 205 kq nəticə göstərib. Toplamda 380 kq-la o, Avropa çempionatında 8-ci yeri tutub.