Avropa çempionatının keçirilmə hüququ yenidən Azərbaycana verildi

03 - naxcivan

13-20 iyun tarixləri arasında Uelsin Banqor şəhərində Veteran Ağır Atletlər arasında Avropa çempionatı keçirilib. Bu yarışa Azərbaycandan da idmançılarımız qatılıblar və 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək möhtəşəm çıxış nümayiş etdiriblər.
Banqorda həmçinin bizim üçün vacib bir qərar da qəbul edilib. Avropa Veteran Ağır Atletlər Komitəsinin iclasında növbəti Avropa çempionatının Azərbaycanda keçirilməsinə qərar verilib. Ölkəmizin belə yarışların təşkilindəki təcrübəsinin çoxluğu və uğurlu layihələri bu addımın atılmasında öz rolunu oynayıb. Komitə elan edib ki, 2016-cı il veteranlar arasında Avropa Çempionatı Naxçıvanda, 21-29 may tarixlərində keçiriləcəkdir.
Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

SHARE
Şərh yaz