Oktyabrın 1-11-i tarixlərində Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclərin Avropa çempionatı başa çatıb. Bu turnirdə böyük uğurla çıxış etmiş Azərbaycan ağır atletləri vətənə 3 qızıl və 1 bürünc medalla dönüblər. İdmançılar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi təşkil olunub. “Zirvə” BİK-nın rəhbər və nümayəndə heyəti, idmansevərlər və bir çox digər şəxslər bu mərasimdə iştirak ediblər.
İdmançılar və məşqçilərimiz yarış barədə təəssüratlarını jurnalistlərlə bölüşüblər.
Qeyd edək ki, Avropa çempionatında TRİM-dən Allahyar Abuşov bürünc, “Zirvə” BİK-dan isə Firudin Quliyev, Anastasiya İbrahimli və Dadaş Dadadşbəyli qızıl medal qazanıblar. Bununla yanaşı, hər 3 çempionumuz öz yaş qruplarında mütləq qələbəni qeyd edərək Avropanın ən yaxşıları seçiliblər. Azərbaycan yığma komandası bu nəticələrlə Avropa çempionatında III yeri tutub.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions