Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatır. Bu gün Azərbaycan yığmasının “Zirvə” İdman Klubunun son üzvü – Azər Məmmədli körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançıların +105 kq çəki dərəcəsində mübarizə aparıb.
Yeniyetmələr arasında dünya birinciliyinin sabiq gümüş mükafatçısı olan Azər Məmmədli üçün bu yarış çətin alınıb. Uzun müddət zədəli olan atletimiz Klaypedada çıxış edərək beynəlxalq arenada yenidən qüvvəsini sınayıb.
O, birdən qaldırmada 157 kq, təkanla qaldırmada isə 200 kq-ın öhdəsindən gəlib. Məmmədli toplam 357 kq (157+200) nəticə ilə yekun sıralamada 6-cı yerə çıxıb.
Azərin yarışlara geri dönüşünü və bunun üçün göstərdiyi əzmi alqışlayırıq. İnanırıq ki, etdikcə daha da güclü olacaq və bizi böyük qələbələrlə sevindirəcək.