“Zirvə” yenə zirvədədir!
31 yanvar – 2 fevral tarixləri arasında Bakı Milli Aviasiya Akademiyasının İdman Kompleksində Yeniyetmə qızlar və oğlanlar arasında 2013-cü il Azərbaycan birinciliyi keçirildi. Yarışlarda 1996-98-ci il təvəllüdlü, həmçinin 1999-cü il və daha kiçik yaşlı yeniyetmələr qüvvəsini sınadılar. Gənclər və İdman Nazırlıyinin dəstəyi ilə baş tutacaq Azərbaycan birinciliyində Bakı və respublikanın bütün regionlarında fəaliyyət göstərən İdman Cəmiyyətlərinin və İdman Klublarının 200-dək yetirməsinin iştirakı nəzərdə tutulurdu.
Belə də oldu. Ancaq birinciliyin nəticələri göstərdi ki, Azərbaycanda “Zirvə”dən böyük, güclü klub yoxdur.
Xüsusilə də, qadınların yarışında bu, açıq-aşkar göründü. Zərif cinsin nümayəndələrinin hamısı “Zirvə” İdman Klubunun üzvləri idi. 58 kq çəki dəcərəsində mübarizə aparan Vişnitskaya Kseniya isə müsabiqədənkənar çıxış etdiyi üçün, bütün medalları məhz biz qazandıq. Azərbaycan qadın ağır atletikasının gələcəyi “Zirvə”nin əllərindədir. Bu yarış bunu bir daha sübut etdi.
Oğlanların yarışında da bizdən güclüsü olmadı. 16 çəki dərəcəsində qazanılan 48 medalın tam yarısı – 24-ü “Zirvə” İdman Klubuna qismət oldu. Qalan medalları isə başqa bir neçə klubun nümayəndələri əldə etdilər.
Yeniyetmə ağır atletlərimiz böyük uğur qazanaraq, klubumuzun adını zirvəyə yüksəltdilər. Bu böyük qələbədə məşqçilərimiz, klubumuzun rəhbərliyinin çəkdiyi əziyyətin öz yeri var. Bu birincilikdə qazanılan hər bir medalın arxasında klubumuzun məqsədyönlü fəaliyyət, düzgün idman proqramı, böyük əzmkarlığı dayanır. “Zirvə”çilərin hər birini bu zəfər münasibətilə təbrik edir, uğurlarımızın daha da çox olmasını arzulayırıq!
Təbriklər!