Azərbaycan birinciliyində son qaliblər məlum oldu

28-29 apel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edib.

Körpücük üzərinə son olaraq çəkisi 105 kq və 105 kq-dan yuxarı olan atletlər çıxıblar.

Yaşı 20-yə qədər olan gənclər arasında 105 kq çəki dərəcəsində qızıl medala toplam 266 kq (116+150) nəticə ilə Ümidvar Bayramlı sahib çıxıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medala isə toplam 285 kq (126+159) nəticə ilə Əli Əliyev layiq görülüb.

Yaşı 20-yə qədər olan gənclər arasında +105 kq çəki dərəcəsində qızıl medalı toplam 260 kq (120+140) nəticə ilə Asxab Kolayev qazanıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medalı isə toplam 250 kq (110+140) nəticə ilə Xəlil Gəraylı əldə edib.

Kişilər. 105 kq. U-20

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Bayramlı Ümidvar 2001 Bakı Təhsil 96.6 116 150 266
2. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 104.9 100 140 240

Kişilər. 105 kq. U-23

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliyev Əli 1994 Gəncə Təhsil 104.6 126 159 285
2. Nurməmmədov Əziz 1994 Bakı Zirvə 102.0 130 153 283

Kişilər. +105 kq. U-20

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Kolayev Asxab 1998 Bakı Neftçi 129.0 120 140 260

Kişilər. +105 kq. U-23

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Gəraylı Xəlil 1994 Goranboy Zirvə 105.8 110 140 250

 

SHARE
Şərh yaz