28-30 may tarixində Aviasiya akademiyasının idman kompleksində növbəti Azərbaycan Çempionatı başa çatmışdır.
Çempionat 14 komandanın 100-ə yaxın atleti arasında gərgin mübarizə şəraitində keçirilmişdir. Milli yığma komandanın bütün üzvləri bu yarışda qələbə uğrunda mübarizəyə qoşulmuşdular.