Fevralın 12-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Yarışda veteran ağır atletlərin də ayrıca çempionatının keçirilmə ehtimalı var.
Fevralın 12-si gəlmə günüdür. Azərbaycan çempionatı bitən kimi yığma komandamız İsmayıllıya 20 günlük təlim-məşq toplanışına yollanacaq.