Azərbaycan çempionatına Səbinə Əzimovanın qələbəsi ilə start verildi

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Qızıl medala toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova layiq görülüb. Fəxri kürsüdəki sonrakı yerləri müvafiq olaraq toplam 146 kq (65+81) nəticə və 227.7 xalla Mərziyyə Məhərrəmova və toplam 161 kq (69+92) nəticə və 212.7 xalla Günel Vəliyeva tutublar.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Qadınlar. A qrupu

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplamXal
1.Əzimova Səbinə2000LənkəranZirvə51.406787154231.6
2.Məhərrəmova Mərziyyə1996GoranboyZirvə49.006581146227.7
3.Vəliyeva Günel1997XırdalanZirvə62.206992161212.7
4.İbrahimova Firuzə1997SumqayıtZirvə63.607288160208.2
5.Əlizadə Gülçin1997QazaxZirvə57.106780147205.2
6.Rzazadə Lalə2001LənkəranZirvə54.306272134193.6
7.Hüseynzadə Fidan2001LənkəranZirvə71.306577142173.5
8.Fərəcova Şəfa2001LənkəranZirvə55.505065115163.7
9.Verdiyeva Nazilə1998XırdalanZirvə57.505260112155.6
10.İbrahimli Dinara2001GəncəTəhsil82.005265117133.8

Qadınlar. B qrupu.

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Əhmədova Xanımana2002SumqayıtZirvə62.24555100
2.Opanasyuk Anna2003LənkəranZirvə55.05573128
3.Muxtarlı Günel2003SumqayıtZirvə44.3455398
4.İbrahimli Çinara2003GəncəTəhsil65.15258110
5.Hüseynova Rahilə2004LənkəranZirvə66.06578143
6.Mayılova Səma2004XırdalanZirvə59.66375138
7.İmanova Fazilə2004NeftçalaZirvə53.74657103
8.Əliyeva Gülcahan2004ŞərurTəhsil50.6384785

Qadınlar. Azərbaycan çempionatı. 7-8 fevral 2019

Posted by Zirvə İdman Klubu on Thursday, February 7, 2019

SHARE
Şərh yaz