Azərbaycan çempionatına yekun vuruldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. Körpücük üzərinə son olaraq 109 kq və +109 kq çəki dərələrində yarışan idmançılar çıxıb.

Müvafiq olaraq toplam 270 kq (115+155) nəticə ilə İsmayıl Qurbanov və toplam 312 kq (140+172) nəticə ilə Həsənbəy Həsənzadə öz çəkilərində qalib adını qazanıblar.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması idi. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınadı.

109 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Qurbanov İsmayıl2000QobustanZirvə107.7115155270

+109 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Həsənzadə Həsənbəy2001SamuxZirvə114.2140172312
2.Səfərov Vasif1991QobustanZirvə112.6141150291
3.Kazımov Rəhman2002XırdalanZirvə114.6127162289
4.Əliyev Əli1994GəncəTəhsil116.80
SHARE
Şərh yaz