Azərbaycan çempionatında daha 5 medal

DSC_4550

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatdı. İkinci yarış günündə körpücük üzərinə çəkisi 85, 94, 105 və +105 kq olan idmançılar çıxdılar. “Zirvəçilər” bu dəfə də fərqlənərək komandamızın hesabına 3-ü qızıl olmaqla, ümumilikdə 5 medal yazdırdılar.

94 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə xüsusilə maraqlı alındı. “Sumqayıt-Zirvə” atleti Hüseynov Elnurla “Lənkəran-Zirvə” atleti Əliquluzadə Orxan arasındakı çempionluq savaşı ağır atletika sevərlərə həyəcan bəxş etdi. Ard-arda çəkiləri ram edən idmançıların çıxışları alqışlarla müşayiət olundu. Sonda toplamda hər iki idmançı 313 kq nəticə göstərdi. Ancaq şəxsi çəkisi rəqibindən az olan Hüseynov Elnur bu çəkidə Azərbaycan çempionu adını qazandı.

Daha iki qızıl medal isə ağır çəkilərdə – 105 kq-da Səfərov Vasif, +105 kq-da isə Azər Məmmədlidən gəldi.

Beləliklə, “Zirvə” İdman Klubunun atletləri Azərbaycan çempionatında ümumilikdə 16 medal qazanaraq klubların yarışında hamıdan güclü oldular. Hər üç medaldan təxminən ikisini əldə edən “Zirvəçilər”, ölkə ağır atletikasının vahid liderliyini heç kimə verməyimizə sübutdur.

Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edirik!

85 kq

N Adı Doğum Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Mirzəyev Sənan 1999 Bakı-Spartak 79.50 115 140 255
2. Qocayev Həmid 1997 Bakı-Spartak 79.30 130 150 280
3. Qocayev Emin 1988 Gəncə-Təhsil 84.70 126 152 278
4. Həsənov Tural 1991 Gəncə-Təhsil 80.20
5. Stoitsov İvan 1985 Bakı-Neftçi 80.40 157 200 357

 

94 kq

Yer Adı Doğum Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Hüseynov Elnur 1984 Sumqayıt-Zirvə 92.20 135 178 313
2. Əliquluzadə Orxan 1991 Lənkəran-Zirvə 93.30 143 170 313
3. Məhərrəmov Ceyhun 1989 Bakı-Təhsil 85.30 123 147 270
4. Abbaszadə İlqar 1993 Lerik-Zirvə 89.70

 

105 kq

Yer Adı Doğum Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Səfərov Vasif 1991 Abşeron-Zirvə 104.40 137 145 282
2. Əliyev Əli 1994 Gəncə-UGİM 102.40 115 141 256

 

+105 kq

Yer Adı Doğum Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Məmmədli Azər 1995 Lənkəran-Zirvə 160.00 150 185 315
2. Əhmədov Xosrov 1988 Bakı-Neftçi 113.20 130 180 310
3. Gəraylı Xəlil 1994 Goranboy-Zirvə 110.50 120 145 265

 

 

SHARE
Şərh yaz