Azərbaycan Çempionatında yenə “Zirvə” fırtınası” əsdi!

9İlk yarış günündə 11 medal qazandıq

Fevralın 13-də kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan Çempionatı start götürdü. Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda, Azərbaycan çempionu adı uğrunda respublikamızın rayon, cəmiyyət və klublarından olan atletlər mübarizə aparırlar.

Həmişə qeyd etmişik ki, Azərbaycan ağır atletikasının şəksiz lider “Zirvə” İdman Klubudur. Böyüklər arasındakı çempionatın ilk günündə bu bir daha sübut olundu. Bir gündə 9 medalı aktivinə yazan “Zirvəçilər” onlara göstərilən etimadı artıqlaması ilə doğrultdular.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxdılar. Bir müddətdir AAAF Park Yaşayış Kompleksində baş məşqçimiz Hafiz Süleymanovun rəhbərliyi altında toplanışda olan qızlarımız, həmçinin klubumuzun digər üzvləri bu çempionatda çox yaxşı çıxış etdilər. Milli komandanın legioner üzvlərini çıxsaq, yarışda ancaq və ancaq “Zirvə”nin qızları vardı. Onlar da layiq olduqları uğuru qazandılar.

Kişilər arasında 56 kq çəki dərəcəsində həmklubumuz Mirzəyev Emin fərqləndi. O, gümüş medala layiq görüldü.

62 kq çəki dərəcəsində isə fəxri kürsünün hər üç pilləsində “Zirvə” İdman Klubunun nümayəndələri yer aldılar. Rüstəm İmanzadə qızıl, Həsənli Orxan gümüş, Məmmədli Məhəmməd isə bürünc medal qazandılar.

Hamısını təbrik edir, o biri idmançılarımızın da eyni uğurlara nail olmasını arzulayırıq.

Nəticələrlə tanış olun:

Qadınlar

48 kq

1. Əzimova Səbinə Zirvə-Lənkəran 2000 45,2 39 50 89

53 kq

1. Silviya Angelova AZAL 1982 52,4 75 95 170
2. Məhərrəmova Mərziyyə Zirvə-AZAL 1996 50,0 67 82 149
3. Babayeva Kübra Zirvə-Goranboy 1991 49,1 33 40 73

58 kq

1. Kristina Yovu AZAL 1992 56,6 100 120 220
2. Yuliya Derkaç AZAL 1986 56,5 88 105 193
3. Əlizadə Gülçin Zirvə-Qazax 1997 53,6 71 90 161

63 kq

1. Abbasova Elnarə Zirvə-Qazax 1997 61,6 70 92 162
2. Məmmədova Sona Zirvə-Qazax 1999 61,4 55 70 125

69 kq

1. Vişnitskaya Kseniya AZAL 1997 63,2 81 102 183
2. Əlizadə Günel Zirvə-Qazax 2000 68,8 60 80 140

75 kq

1. Anastasiya İbrahimli AZAL 1993 74,2 105 133 238
2. Alyona Kiriyenko AZAL 1987 73,1 100 120 220

+75 kq

1. Varlamova Tatyana AZAL 1989 145,5 110 155 265
Kişilər

56 kq

1. Alıyev Elmar MOİK 1987 55,5 95 130 225
2. Mirzəyev Emin Zirvə-Lerik 1997 55,5 95 115 210
3. Mirzəyev Sahil Təhsil 1996 56,0 86 105 191

62 kq

1. İmanzadə Rüstəm Zirvə-AZAL 1998 60,2 110 140 250
2. Həsənli Orxan Zirvə-Abşeron 1996 62,0 100 127 227
3. Məhəmməd Məmmədli Zirvə-AZAL 1997 60,4 101 123 224
SHARE
Şərh yaz