Böyüklər arasında 2013-cü il Azərbaycan çempionatının vaxtı açıqlanıb. Yarış 19-21 fevral tarixləri arasında, Azərbaycan Milli Aviasiya Akademiyasının zalında keçiriləcək. Fevralın 18-i gəlmə günüdür.
Çempionatda Azərbaycan milli komandasının bütün üzvlərinin iştirak etməsi gözlənilir. Apreldə Albaniyada keçirilməsi gözlənilən böyüklər arasında Avropa çempionatından əvvəl ən ciddi sınaq xarakteri daşıyan bu yarış maraqlı mübarizə şəraitində keçəcək. “Zirvə” İdman Klubunun yetirmələri həmişəki kimi bütün medalları qazanmağa iddialıdırlar. Komandamızın bütün çəkilərdə qələbə qazanmaq şansı olacaq. Klubumuzun medal ehtiyatını artırmaq üçün idmançılarımıza uğurlar arzulayırıq.