Bu il keçiriləcək Azərbaycan Kubokunun vaxtı məlumdur. Yarış 15-18 avqust tarixləri arasında, Azərbaycan Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.
Yarışda yeniyetmələr, gənclər, qadınlar və kişilər arasında qaliblər müəyyənləşdiriləcək. Kubokun qalibləri Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.