13 mindən çox idmançının qatıldığı 27-ci Yay Universiadasına start verilib. Rusiyanın Kazan şəhərində keçirilən bu yarışlarda Azərbaycan milli komandasının üzvləri də iştirak edir.
Yarışların möhtəşəm açılış mərasimi olub. Maraqlıdır ki, Azərbaycan bayrağını daşımaq ağır atletə həvalə olunub. Bu, I Yeniyetmələr Olimpiadasının qalibi Nicat Rəhimovdur.