Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə qadınlar və kişilər arasında Avropa çempionatı Azərbaycan yığması üçün başa çatıb. Bu gün səhər komandamızın son üzvü – Azər Məmmədli yarışa qatılıb. O, çəkisi +105 kq çəki dərəcəsində B qrupunda mübarizə aparıb.
“Zirvə” Beynəlxalq İdman Klubunun təmsilçisi birdən qaldırma hərəkətində 155 kq, təkanla qaldırmada 205 kq çəkini qaldırıb. Toplam 360 kq (155+205) nəticə göstərən Məmmədli B qrupunda 4-cü yeri tutub. Onun yekun sıralamadakı yeri A qrupunda mübarizə başa çatandan sonra məlum olacaq.