Azərbaycan birinciliyi ilk günündə “Zirvə” yenə möhtəşəm çıxış etdi!

1Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə yeniyetmələrin Azərbaycan birinciliyi start götürüb. Elə ilk gündəcə “Zirvə” İdman Klubunun yetirmələri güclərini ortaya qoyaraq Azərbaycanda lider olduqlarını sübut ediblər.

Azərbaycan birinciliyində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən idman cəmiyyətlərindən, klublarından olan 13-17 yaşlı yeniyetmə oğlan və qızlar qüvvəsini sınayırlar.

İlk olaraq medullar uğrunda mübarizəyə 1999-2001-ci il təvəllüdlü idmançılar və qadınlar qoşulublar. Bir gündə 15 medaldan 13-ünün “Zirvə”nin atletləri tərəfindən qazanılması isə böyük uğurdur. Azərbaycanda aşağı yaş qruplarında şəksiz lider olan klubumuzun üzvləri bütün rəqiblərini üstələyirlər.

Nəticələri sizə təqdim edirik:

 

1999-2001-ci illər

38 kq

Yer Ad Şəhər Çəki Birdən Təkanla Cəmi
1. Usubov Kamran Neftçala-Zirvə 38.00 47 60 107
2. Muxtarlı Novruz Sumqayıt-Zirvə 37.90 44 56 100
3. Əliyev Fuqan Lerik-Zirvə 36.60 41 56 97

 

42 kq

Yer Ad Şəhər Çəki Birdən Təkanla Cəmi
1. Hüseynov Elməddin Şamaxı-Zirvə 40.40 51 72 123
2. Mirzəzadə Rəhim Lənkəran-Zirvə 41.30 50 57 107
3. Zalıyev Elməddin Neftçala-Zirvə 39.70 45 58 103

 

46 kq

Yer Ad Şəhər Çəki Birdən Təkanla Cəmi
1. Rəsulzadə Murad Lənkəran-Zirvə 45.90 57 77 134
2. Mirzəyev Elsevər Lerik-Zirvə 44.20 60 70 130
3. Abbasov Elvin Samux-Zirvə 46.00 55 64 119

 

50 kq

Yer Ad Şəhər Çəki Birdən Təkanla Cəmi
1. Xəlilov Kənan Neftçala-Zirvə 50.00 78 90 168
2. Şükürov Mail Bakı 8 Saylı UGİM 49.60 61 78 139
3. Məlikzadə Ümid Abşeron-Zirvə 49.80 62 73 135

 

Qadınlar (Sinkleyr cədvəli üzrə)

Yer Ad Şəhər-Klub Çəki Birdən Təkanla Cəmi Sinkleyr
1. Əlizadə Gülçin Qazax-Zirvə 54.80 78 98 176 258.60
2. Vişnitskaya Kseniya Bakı-AZAL 61.80 84 104 188 253.90
3. Abbasova Elnarə Qazax-Zirvə 62.40 74 98 172 230.04
4. Əlizadə Günel Qazax-Zirvə 66.50 61 75 136 174.54
5. Məmmədova Sona Qazax-Zirvə 60.70 57 70 127 173.10
6. Əzimova Səbinə Lənkəran-Zirvə 44.60 42 50 92 161.19
SHARE
Şərh yaz