Azərbaycan birinciliyinin ilk günündə 12 medal qazandıq!

qizlar y c 16

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir. Yarışa 1999-2000 və 2001-03-cü illər təvəllüdlü oğlan və qızlar qatılırlar. Qızlar 44, 48, 53, 58, 63, 69 və +69 kq, oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində medal mübarizəsi aparırlar. Ümumilikdə yarışda 150-dən çox idmançının iştirakı gözlənilir.

Yarışların ilk günündə qızlarda bütün, oğlanlarda isə 50 və 56 kq çəki dərəcələrində medalçıların adlarına yadınlıq gəlib. Həmişə olduğu kimi “Zirvə”nin gənc atletləri rəqiblərindən bir baş üstün çıxış nümayiş etdiriblər.

İlk olaraq mübarizəyə qızlar qoşulublar. Zərif cinsdn bütün çəki dərəcələrində cəmi 10 idmançı medal qazanıb ki, onlardan da 7-si bizim klubun nümayəndələri olublar.

Oğlanlarda isə 50 və 56 kq çəki dərəcələrində 1999-2000 və 2001-03-cü illər yaş qruplarında qaliblərin adına aydınlıq gətiriblər. Burada da 10 nəfər fəxri kürsüyə qalxıb ki, onların da tam yarısı bizim atletlər olub.

Bütün mükafatçılaımızı təbrik edir, həmişə olduğu kimi lider ağır atletika klubumuzun adını layiqincə qoruduqlarına görə təşəkkür edirik!

Qızlar

Yer Adı Şəhər Klub Birdən Təkanla Toplam
44 kq
1. Nəzərli Gülbəniz Lənkəran Zirvə 42 50 92
2. Muxtarlı Günel Sumqayıt Zirvə 28 34 62
3. Mayıloa Səma Bakı Təhsil 22 27 49
48 kq
1. Fərəcova Şəfa Lənkəran Zirvə 40 52 92
2. Mirzəzadə Fidan Lənkəran Təhsil 27 37 64
53 kq
1. Əzimova Səbinə Lənkəran Zirvə 66 85 151
58 kq
1. Rzazadə Lalə Lənkəran Zirvə 61 81 142
2. İsmayılova Ləman Lənkəran Zirvə 30 40 70
63 kq
1. Hüseynzadə Fidan Lənkəran Zirvə 63 79 142
+69 kq
1. Abdurrahmanova Fidan Bakı Spartak 35 50 85

 

Oğlanlar (1999-2000-ci illər təvəllüdlü)

Yer Adı Şəhər Klub Birdən Təkanla Toplam
50 kq
1. Açxataşvili Nuqzar Qax UGİM 45 67 112
56 kq
1. Xəlilov Kənan Neftçala Zirvə 98 115 213
2. Məmmədov İsmayıl Lerik Zirvə 90 110 200
3. Hüseynzadə Şəhriyar Lənkəran UGİM 75 94 169

 

Oğlanlar (2001-03-cü illər təvəllüdlü)

Yer Adı Şəhər Klub Birdən Təkanla Toplam
50 kq
1. Qasımov Rüstəm Lənkəran Təhsil 73 90 163
2. Həsənli İsa Lənkəran Zirvə 68 92 160
3. Heydərov Cavid Neftçala Zirvə 67 83 150
56 kq
1. Hüseynov Elməddin Şamaxı Zirvə 80 105 185
2. Abuzərli Cəbrayıl Bakı Təhsil 83 101 184
3. Qiyazov Murad Bakı Təhsil 83 98 181

 

SHARE
Şərh yaz