Azərbaycan daha üç medalı aktivinə yazdı

DSC_0133Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Mayın 27-də yaşı 40-44 arası (M40 qrupu) olan kişilər son olaraq 56, 62, 69, 77, 85 və 94 kq çəki dərəcələrində mübarizə aparıblar. Üç Azərbaycan atleti də bu qrupda yarışıb. Nizami Zeynalov və Emin Əkbərov qızıl, Ağalar Muxtarov isə gümüş medala sahib çıxıb.
Atletlərimizi təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!
Bütün nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki dərəcəsi Doğulduğu tarix Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr xalı Manone-Meltzer
1. Nizami Zeynalov AZE 59.35 62 1973 40-44 95 110 205 306.07 359.94
1. David Penne İTA 66.50 69 1976 40-44 85 102 187 257.69 292.48
1. Sergey Filatov RUS 74.70 77 1974 40-44 105 120 225 288.32 335.03
2. Conatan Prada FRA 76.85 77 1975 40-44 88 110 198 249.62 286.81
1. Emin Əkbərov AZE 84.40 85 1973 40-44 100 110 220 251.84 296.17
2. Ağalar Muxtarov AZE 84.30 85 1973 40-44 85 105 190 227.99 268.12
1. Rudolf Diem AUT 92.00 94 1972 40-44 105 120 225 259.10 308.06
2. Torsten Zeyner GER 93.35 94 1976 40-44 88 123 211 241.43 274.03

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz