Azərbaycan yığması Avropa çempionatında ilk qızıl medalını qazandı

Mayın 21-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçiriləcək. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 nəfərlə (3 qadın, 24 kişi) təmsil olunacaq.
Artıq millimiz ilk medallarını qazanıb. Qadınların W50-45 yaş qrupu, yəni yaşı 45-54 arası olan qrupunda iki idmançımız yarışıb. Onlardan Şahverdi Xatirə qızıl, Təranə Abbasova isə gümüş medal qazanıb.
Bütün nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki dərəcəsi Doğulduğu tarix Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr xalı Manone-Meltzer
1. Natali Fero FRA 49.15 53 1967 45-49 37 49 86 138.1 174.43
1. Şahverdi Xatirə AZE 57.95 58 1967 45-49 34 44 78 109.88 138.78
1. Maisa Alayuma FİN 62.75 63 1970 45-49 54 71 125 166.56 202.87
2. Təranə Abbasova AZE 59.55 63 1967 45-49 42 53 95 131.23 165.75
1. Suzanna Niemi FİN 67.30 69 1971 45-49 50 60 110 140.13 168.58
1. Alessi Milezi İTA 74.95 75 1970 45-49 62 63 125 149.72 182.37
1. Dorte Loridsen DEN 114.7 +75 1970 45-49 46 56 102 104.62 127.43
1. Coann Makmanus GBR 47.65 48 1966 50-54 49 54 103 169.93 217.43
1. Adela Piçke NED 55.60 58 1965 50-54 44 59 103 149.66 194.11
1. Trişa Forbs GBR 72.45 75 1962 50-54 33 42 75 91.51 124.54
1. Suzanna Perron İTA 77.80 +75 1964 50-54 60 75 135 158.62 208.74

 

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz