İyulun 6-da AAAF Park Yaşayış Kompleksind yerləşən Zirvə Uşaq-İdman Akademiyasının qarşısında növbəti nümunəvi çıxışlar edilib. Bu dəfə klubumuzun gənc bədii gimnastları səhnəyə çıxıblar.
Onlarla tamaşaçı qızlarımızın ifasınd bu idman növünün gözəlliklərinə şahidlik ediblər. Təcrübəli məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında zəriflərimiz musiqi sədaları altında bir sıra gimnastika hərəkətləri və kompozisiyaları qrup şəklində nümayiş etdirib, maraqlı çıxışlar ediblər. Çıxışlar alqışlarla müşayiət olunub.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions