Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günüdür. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında kişilər 94 kq çəki dərəcəsində B qrupunda medal mübarizəsinə qoşulublar. Bu qrupda Azərbaycan milli komandasının iki üzvü çıxış edib. İntiqam Zairov və “Lənkəran-Zirvə” atleti Rövşən Fətullayev körpücük üzərinə çıxıblar.
Rövşən Fətullayev toplam 373 kq (166+207) nəticə göstərib və bu qrupda 3-cü olub. İntiqam Zairov isə 380 kq (173+207) nəticə ilə qrupun qalibi olub.
Bu qrupda klubumuzun daha bir nümayəndəsi, “Jidaçiv-Zirvə” təmsilçisi Volodimir Hoza da çıxış edib. Ukraynalı atlet 363 kq (166+197) nəticə ilə 8-ci yeri tutub.
Hər üç atletin yekun sıralamadakı yeri A qrupundakı yarışlar başa çatandan sonra məlum olacaq.