5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə badmintonçulara çatıb.
Oyunlarda debüt edən daha bir idman növü badminton oldu. Qədim tarixi olan və 1992-ci ildən Olimpiya Oyunlarının proqramına daxil edilən bu növ yetərincə maraqlı və baxımlı olmasıyla seçilir. Azərbaycanda da geniş yayılmağa başlayan badmintonda perspektivli gənclərin sayı çoxdur. Məhz onların bir çoxu “Zirvə Oyunları”nda çıxış edərək digər beynəlxalq yarışlar üçün təcrübə qazanmaq imkanı əldə etdilər. Qızlar və oğlanlar olaraq iki qrupa ayrılaraq qalibləri müəyəyn ediblər. Əli Gözəlov və İntizar Mustafayeva bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Sonda həm onlara, həm də digər mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
Badminton
Oğlanlar
- Əli Gözəlov
- İlham Hacıyev
- İsrahil Səfərov
Qızlar
- İntizar Mustafayeva
- Nəzrin Ağamuradova
- Ayşən Kərimova
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions