Bədii gimnastika üzrə “Zirvə Kuboku” keçirildi

 

gim n

Sentyabrın 28-də “AAAF Park Yaşayış Kompleksi”nin yarış zalında “Bədii gimnastika üzrə Zirvə Kuboku” keçirildi. 50-yə yaxın yeniyetmə qızımızın iştirak etdiyi turnir çox maraqlı alındı. Kubokda “Zirvə” Beynəlxalq İdman Klubu, Sumqayıt Gimnastika Məktəbi və RKİM (Respublika Kompleks İdman Məktəbi) idmançıları medallar uğrunda mübarizə apardılar. Klubumuzun baş məşqçisi Nigar Mirzəyeva ilə yanaşı, münsiflər heyətində məşqçimiz İrina Əbdürrəhmanova, xoreoqrafımız Rəna Əminova, həmçinin Sumqayıtdan Svetlana Babayeva və RKİM-dən Səbina Cəlilova yer almışdılar.

Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan Kuboku klubuzumun baş katibi Azad Mustafayev açıq elan etdi. O, nitq söyləyərək bu cür yarışların Azərbaycan idmanının gələcəyi üçün əhəmiyyət daşıdığını, buradan Olimpiya medalçısı və çempionlarının yetişməsini arzuladığını dilə gətirdi. Sonra Kubok start götürdü.

Əvvəlcə, kiçik yaşlı qızlar nümunəvi çıxışlar etdilər. Daha sonra yarışım rəsmi hissəsi başladı. İlk öncə, ən aşağı yaşda olan yenilər, bir qədər sonra isə peşəkarlar mübarizəyə qoşuldular. Bütün qruplarda medalçılar sırasında olan “Zirvəçilər” yarışların mütləq qalibi oldular.

Gimnastlarımız və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda uğurlar diləyirik!

Nəticələrlə aşağıda tanış ola bilərsiniz:

 

Yenilər

1-ci qrup (2009-cu illər)

Yer İdmançı İl Klub
1. İbişova Nəzrin 2009 Zirvə
2. Quliyeva Nuray 2009 Zirvə
3. Novruzova Məryəm 2009 Zirvə

 

2-ci qrup (2008-cu illər)

Yer İdmançı İl Klub
1. Əmiraslanova Fidan 2008 Zirvə
2. Musayeva Münəvvər 2008 Zirvə
3. Cəfərova Zəhra 2008 Zirvə

 

3-cü qrup (2007-ci illər)

Yer İdmançı İl Klub
1. Şıxəliyeva Türkan 2007 Zirvə
2. Əlizadə Duyqu 2007 Zirvə
3. Hacızadə Nəzrin 2007 Zirvə

 

4-cü qrup (2005-06-cı illər)

Yer İdmançı İl Klub
1. Zeynalova İlona 2006 Zirvə
2. Abışova Günay 2005 Zirvə

 

Əsas heyət

 

1-cü qrup (1999-2003-cü illər)

Yer İdmançı İl Klub
1. Seyidova Leyla 1999 Zirvə
2. Kərimova Mələk 2002 Zirvə
3. Babayeva Aydan 2000 Zirvə

 

2-ci qrup (2004-cü illər)

Yer İdmançı İl Klub
1. Mahmudova Emiliya 2004 RKİM
2. Nəbiyeva Aydan 2004 RKİM
3. Süleymanova Aytac 2004 Zirvə

 

3-cü qrup (2005-ci illər)

Yer İdmançı İl Klub
1. Bayramova Nərmin 2005 RKİM
2. Musayeva Xədicə 2005 RKİM
3. Əlizadə Səidə 2005 Zirvə

 

4-cü qrup (2006-cı illər)

Yer İdmançı İl Klub
1. Əlizadə Ayşən 2006 Zirvə
2. Kərimova Zərifə 2006 Zirvə
3. Səmədli Fatimə 2006 Zirvə
3. Ocaqlı Aytac 2006 Zirvə

 

5-ci qrup (2007-ci illər)

Yer İdmançı İl Klub
1. Süleymanlı Səriyyə 2007 Zirvə
2. Bağırova Xalidə 2007 Sumqayıt
3. Əliyeva Nəzrin 2007 Sumqayıt
3. Ələkbərova Asiya 2077 Sumqayıt
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

Ardı

SHARE
Şərh yaz