Belarusda dopinq qalmaqalı!

darya pacabut

Daha bir dopinq qalmaqalı baş verib. Ötən il İsraildə keçirilən gənclər arasında Avropa çempionatında götürülən 20-dən çox dopinq-test müsbət nəticə verib. Onlardan çoxu türk idmançılar olub və bu haqda məlumat vermişdik. İndi isə daha dörd nəfərin adı açıqlanıb. Onlar Belarus idmançılarıdır: turnirdə öz çəkisində çempion olmuş Darya Poçobut, gümüş medalçı Violetta Saçko və bürünc medalçı Olqa Drılo qadınlardan, 7-ci yeri tutmuş İvan Klim isə oğlanlardandır.

Onların dopinq qəbul etdiyi dəqiqləşib və hərəsinə iki illik diskvalifikasiya verilib. Qazandıqları medallar isə başqalarına, yəni onlardan sonrakı yeri tutan idmançılara veriləcək.

 

SHARE
Şərh yaz