Beynəlxalq pauerliftinq turnirinin açılış mərasimi keçirilib

28-30 may tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq, benç-press və dedlift üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilir. İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycandan olan yüzdən çox idmançının qatıldığı bu yarış böyük marağa səbəb olub. Tribunalarda yer alan çoxsaylı tamaşaçılar maraqlı və gərgin mübarizəyə şahidlik ediblər.
Bu gün yarışın rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çox sayda mötəbər qonaq iştirak edib. Onlar azərbaycan pauerliftinqinin inkişafını təqdir etdiklərini dilə gətirib, yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Çıxış üçün ilk söz tanınmış idmançı, Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurova verilib. O, Azərbaycanda idmanın inkişafının ən yüksək səviyyədə olduğunu bildirib: “Hər kəsi salamlayıram. İdmançılarımızın beynəlxalq arenalarında qazandıqları qələbələr Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub. Böyük uğurlar əldə edirik, bununla yanaşı da ölkəmizdə çox sayda beynəlxalq yarışlar, turnirlər də yüksək səviyyədə təşkil olunur. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları, Formula 1 yarışları buna misal göstərmək olar. Bu tədbirlərin təşkili asan deyil, eyni zamanda dünya idman ictimaiyyətinin Azərbaycana göstərdiyi etimaddır. Ki, biz də onu həmişə artıqlaması ilə doğrultmuşuq. Hazırda açılışında iştirak etdiyimiz yarış da pauerliftinqin inkişafında böyük rol oynayır. Təşkilatçılıq beynəlxalq səviyyədədir. Əminəm ki, bu turnir ənənəvi halını alacaq və bizlərə fəxr hissi bəşx edəcəkdir. Bir daha bu yarışın iştirakçılarına uğurlar arzulayır, “Qoy güclü qalib gəlsin” deyirəm”.
Sonra söz Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 1-ci vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərova verilib. O, pauerliftinq idman növünə dəstəyin vacibliyini qeyd edib: “Hörmətli xanımlar və cənablar. Hamınızı bu gözəl turnirdə ürəkdən salamlayıram. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu yarış ötən il Naxçıvanda keçirilmişdi, indi isə AAAF Park Yaşayış Kompleksi ona ev sahibliyi edir. Bilirsiniz ki, bu Kompleks ağır atletlər üçün nəzərdə tutulub. Ötən il İslam Oyunlarından öncə 50-dən çox milli ağır atletika federasiyanın rəhbərləri, həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti burada olarkən gördüklərindən çox razı qalmış, belə biri çıxış etmişdilər ki, ağır atletikanın dünyadakı mərkəzi məhz Azərbaycan olmalıdır. Məncə, bu proses tam sürətlə davam edir və Azərbaycan yalnız ağır atletika yox, bütün idman növləri üçün dünya mərkəzinə çevrilməkdədir. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Gnclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi rəhbərliyinə yaradılan şəraitə, verdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk. Pauerliftinqlə ağır atletika qardaş idman növü sayılır. Biz AAAF olaraq çalışırıq ki, gələcəkdə ağır atletika ilə yanaşı, məhz bu idman növü üzrə dünya çempionatları da burada keçirilsin, mütəmadi təlim-məşq toplanışları təşkil olunsun, mümkün ən yaxşı şərait yaradılsın. Bu istiqamətdə işlər görülür, bundan sonra da görüləcəkdir. Bu yarış iştirakçılarının isə hər birinə uğurlar arzulayıram. Çox sağ olun”.
Sonda Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev çıxış edib: “Mən də Pauerliftinq Federasiyasının prezidenti kimi öz növbəmdə qonaqları salamlayıram. Bütün iştirakçılara uğurlar arzulayıram. Sizə Azərbaycan Pauerliftinq Federasiyasının Fəxri Prezidenti Sevil xanım Əliyevanın təbrikini çatdırmaq istəyirəm: “Hörmətli, yarış iştirakçıları, məşqçilər, rəsmilər, qonaqlar. İcazə verin, sizi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq açıq turnirin təşkili münasibətilə təbrik edim. Bu mötəbər tədbirin təşkili və ərsəyə gəlməsində zəhmət olan hər kəsə çoxsaylı idmançı və məşqçilər adından təşəkkürümü bildirirəm. Yarışımıza xoş gəlmisiniz!
Ulu öndər xalqımızın sağlamlığının, bədən tərbiyəsinin inkişafına daima xüsusi qayğı göstərib. Müxtlif görüş və çıxışlarında idmanın xalqın həyatında necə böyük əhəmiyyət daşıdığını, əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək bu istiqamətdə iş görməyin vacibliyini vurğulayıb, idmanın inkişaf etdirilməsini dövlətin həmişə mühüm vəzifələri arasına daxil edib. Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyətə başlayandan sonra Azərbaycanda idman və bədən tərbiyəsi sürətlə inkişaf etməyə başladı. İdmançılarımız çox sayda beynəlxalq yarışlar, Olimpiya Oyunlarında qazandıqları qələbələrdən sonra Azərbaycanm gəncləri, digər idmançılar arasında ruh yüksəkliyi yarandı. İdman, bədən tərbiyəsi təkcə gənclərin yox, bütün cəmiyyətin diqqət mərkəzinə çevrildi. Azərbaycan pauerliftinqçiləri də dövlət qayğısından kənarda qalmayıblar. Onlar da bu dəstəyi hiss edib, əvəzində öz güclərini əsirgəməyib, ölkə xaricində keçirilən yarışlarda layiqincə çıxışlar ediblər. Belə ki, Rüfət Ağayev, Azər Əliyev, Jiraf Əliyev, Bəxtiyar Quliyev, Vüqar Namazov, Rüstəm Musayev və başqa çox sayda idmançılarımız dəfələrlə bayrağımızı yüksəklərə qaldırmış, himnimizi səsləndirmişdilər. Bir daha bu mötəbər tədbirdə bizimlə birgə olan idmançılarımızı salamlayır, uğurlar arzulayıram”.
Ələddin Əliyev çıxışndan sonra yarışları rəsmən açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra müxtəlif çəki dərəcələrində qalib gələn idmançılaın təltifetmə mərasimi keçirilib. Fərid Mansurov, Tofiq Heydərov və Ələddin Əliyev qaliblərə medal və diplomları təqdim ediblər. Xatirə şəkilləri çəkilib.
Daha sonra yarışlar qaldığı yerdən davam etdirilib.

Böyüklər, Qadınlar

56 kq

  1. Şahverdi Xatirə – 192 kq

60 kq

  1. Qurbanova Əbilə – 295 kq

67,5 kq

  1. Hüseynova Zərifə – 465 kq

75 kq

  1. Həsənova Sevil – 417.5 kq

82,5 kq

  1. Jaferi Sara – 375 kq

 

Kişilər

60 kq

  1. Tarverdiyev Elmir – 500 kq

67,5 kq

  1. Müzəffərov Elvin – 490 kq

75 kq

  1. Xəlilov Rövşən – 620 kq

82,5 kq

  1. Əsgərov Pərvin – 565 kq

90 kq

  1. Əhmədov Ramil – 765 kq

100 kq

  1. Ağayev Alik – 780 kq

110 kq

  1. Taherzare Samaşbi – 570 kq

125 kq

  1. Hüseynov Razim – 945 kq

140 kq

  1. Saeed Kianifar Hassan – 505 kq

+ 140 kq

  1. Süleymanov Fuad – 810 kq.

 

Benç-press

52 kq

  1. Hikmətli Rasim – 95 kq

60 kq

  1. Cəlilov Azər – 90 kq

67,5 kq

  1. Eynalov Elvin – 155 kq

75 kq

  1. Əliyev Əli – 175 kq

82,5 kq

  1. Nərullayev Nurlan – 172.5 kq

90 kq

  1. Qafarov Kamil – 215 kq

100 kq

  1. Ağayev Bəhlul – 210 kq

110 kq

  1. Ali Poorghasraboonafe – 160 kq

125 kq

  1. Baxşəliyev Eynulla – 195 kq

140 kq

  1. Məhərrəmov Famil – 200 kq

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz