Bir gündə 6 medal – 1 qızıl, 4 gümüş, 1 bürünc – qazandıq!

rasim orucov 1

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku davam edir. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində 05-08 iyul tarixləri arasında keçiriləcən yarışda 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıran güclərini sınayır. Ki, onların arasında “Zirvə”çilər də fərqlənirlər.

Yarışların üçüncü günündə körpücük üzərinə 6 veteran atletimiz çıxıb və medal qazanıblar.

M45 yaş qrupunda 69 kq çəki dərəcəsində Orucov Rasim 178 (83+95) kq nəticə ilə gümüş, Əliquliyev Teymur isə 85 kq çəki dərəcəsində 180 (77+103) kq-la bürünc medal qazanıb.

M40 yaş qrupunda Tağıyev Zəfər 77 kq çəki dərəcəsində 248 (110+138) kq, Kərimov Ağakərim 105+ kq çəki dərəcəsində 260 kq (120+140), Muxtarov Ağalar 94 kq çəki dərəcəsində 175 kq (80+95) nəticə ilə gümüş medal qazanıblar.

Qızıl medalı isə bu yaş qrupunda 85 kq çəki dərəcəsində qazandıq. Atletimiz Əkbərov Emin toplamda 215 (100+115) kq nəticə göstərərək fəxr kürsünün ən yüksək pilləsinə qalxdı.

Bütün idmançılarımızı təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq.

SHARE
Şərh yaz