Boksçumuz Avropa çempionu oldu!

Gürcüstanın paytaxtı Tiflisdə məktəblilərinin boks üzrə Avropa birinciliyi keçirilib. Yarışda iştirak edən Azərbaycan millisi 1 qızıl və 1 gümüş medal qazanıb. Birincilikdə Zirvə Beynəlxalq İdman Klublarının nümayəndəsi də iştirak edib və sevindiricidir ki, ən yüksək əyarlı medalı da o qazanıb.

Vaqif Kazımovun rəhbərlik etdiyi yığmada “Zirvə-Astara” təmsilçisi Məhəmmədəli Qasımzadə çempion tituluna yiyələnib. 43 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz finaladək Polşa və Gürcüstan idmançısına qalib gəlib. Astara məktəblisi həlledici görüşdə Şotlandiya təmsilçisindən güclü olub.

İdmançımızı təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz