
Mart ayının 26-31-i tarixlərində Ukraynanın Xarkov şəhərində tanınmış Sergey Danilçenkonun mükafatları uğrunda yeniyetmələr arasında beynəlxalq boks turniri keçirilib. Yarışda Belarus, Bolqarıstan, Gürcüstan, Rumıniya, Xorvatiya və Ukrayna ilə yanaşı, Azərbaycan idmançılaı da iştirak ediblər. Onlardan biri “Zirvə” boksçusu Zaur Qəhrəmanov olub.
O, birinci döyüdə rus, sonrakı döyüşdə isə ukraynalı rəqibinə qalib gələrək finala çıxıb. Həlledici döyüşdə mğlub olan rinq ustamız yarışın gümüş medalına sahib çıxıb.
Təbrik edirik!